İqtisadiyyat

Azərbaycanda ayaqqabı istehsalı 35,6% artıb

2021-ci ilin yanvar oktyabr ayları ərzində ayaqqabıların istehsalında 35,6% artım müşahidə edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə cari ilin yanvar oktyabr aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 392,3 milyon manat dəyərində məhsul istehsal edilib. Eyni zamanda bu ilin yanvar oktyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 42,0 %, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 35,6 % artım, geyim istehsalında isə 14,5 % azalma müşahidə olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button