İqtisadiyyat

Azərbaycanda avtomobil yanacağının istehlakı avqustda 8% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 1 609,7 mln. manat məbləğində avtomobil yanacağı (avtomobil benzini və dizel) istehlak edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 3% artıb.
Təkcə avqust ayında 216,2 mln. manatlıq avtomobil yanacağı alınıb ki, bu da iyul ayı ilə müqayisədə 7,6% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 6,1%-i avtomobil yanacağının alınmasına sərf olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button