İqtisadiyyat

Azərbaycanda avqustda avtomobil istehsalı kəskin artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 214 vahid minik avtomobili istehsal olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ötən ilin analoji dövrü ilə müqayisədə 3,8% çoxdur.
Təkcə avqust ayında 274 avtomobil buraxılıb ki, bu da iyul ayı ilə müqayisədə 89% çoxdur. Sentyabrın 1-nə hazır avtomobil ehtiyatı 239 vahid təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız ötən ilin iyununda bərpa olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button