İqtisadiyyat

Azərbaycanda AÖS-lə aparılan ödənişlər tarixi maksimumda qalmaqdadır

2020-ci ilin oktyabr ayından istifadəyə verilmiş Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə 2021-ci ilin yanvar-sentyabr aylarında həyata keçirilən ödənişlərin sayı 67 min, həcmi isə 169 mln. manat olub.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, təkcə sentyabrda 2 6 mln. manatlıq ani ödəniş həyata keçirilib ki, bu da avqust ayı ilə müqayisədə dəyişməz olaraq qalıb. Sentyabrda və avqustda olan 26 mln. manatlıq göstəricilər sistemin istifadəyə verildiyi tarixdən bəri qeydə alınan ən yüksək aylıq göstəricilərdir.
Xatırladaq ki, AÖS-ün “AniPay” mobil tətbiqinin funksionallığının genişləndirilməsi davam edir və “QR kod” nağdsız ödəniş imkanı bu il yaradılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button