İqtisadiyyat

Azərbaycanda alkoqollu içki istehsalı ilə bağlı fəaliyyətin lisenziyalaşdırılması təklif olunub

Kustar üsulla keyfiyyətsiz alkoqollu içkilər istehsal edən şəxslər, daxili bazarda haqsız rəqabət mühiti formalaşdırır.
“APA-Economics” xəbər verir ki, bu fikir araq, şərab və pivə məhsullarının istehsalçısı olan iri vergi ödəyicilərinin Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin və digər aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə səsləndirilib.
Bu çətinliyin həlli kimi, alkoqollu içki istehsalı ilə bağlı fəaliyyətin lisenziyalaşdırılması təklif olunub.
Görüş iştirakçılarına vergi qanunvericiliyi ilə əlaqədar müvafiq izahatlar verilib və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button