Gündəm

Azərbaycanda ‘Aİ-95’ premium markalı benzin bahalaşıb 

İyulun 31-dən Azərbaycanda  “Aİ-95” markalı benzinin qiyməti 1,40 manatdan 1,45 manata yüksəlib.  

Bu məlumatı  “Report”a açıqlamasında “SOCAR Petroleum” qapalı səhimdar cəmiyətinin  mətbuat katibi Üzeyir Həbibbəyli də təsdiq edib. 

Onun sözlərinə görə, buna səbəb bu marka benzinin istehsalçı ölkədə bahalaşmasıdır. 

O, habelə bildirib ki, Azərbaycan “Aİ-95” premium markalı benzini əsasən Rumıniyadan idxal edir:

“Digər yanacaqlar markalarının satışı köhnə qiymətlərlə davam etdirilir”. 

Azərbaycanda sonuncu dəfə,  “Aİ-95” premium markalı benzinin qiyməti bu il iyunun əvvəlində  15 qəpik artaraq 1,40 manat olmuşdu. 

Aİ-95 “premium” markalı benzin Azərbaycanda istehsal edilmir. Onun qiymətini də Azərbaycan Tarif Şurası tənzimləmir. 

Bu il yanvarın 4-də Tarif Şurasının iclasında ölkədə istehsal edilən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 80 qəpik müəyyən edilmişdi. Onda Aİ-92 10, dizel 20 qəpik bahalaşmışdı. 

Bəzi iqtisadçılar ölkənin “Aİ-95” premium və super markalı benzinlərlə bağlı idxaldan asılı olmasına görə hökuməti tənqid edirlər. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button