İdman

Azərbaycanda 7 idmançıda narkotik aşkarlanıb

Azərbaycanın Milli Antidopinq Agentliyi (AMADA) idman sahəsində narkotiklərlə mübarizə aparan qurumlardan biridir.

“Report” xəbər verir ki, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli “İdmanda narkotik maddələrin istifadəsi ilə mübarizə” mövzusuna həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, idmançılar arasında da narkotikdən istifadə hallarına rast gəlinir: “Hesabatımızda bildirilib ki, qurumun 2021-ci ildə aşkar etdiyi antidopinq qayda pozuntularından 11 faizi narkotik və psixiatrik maddələrə aiddir. Azərbaycanda narkotiklərə qarşı ciddi mübarizə aparılır. Bir sıra dövlət qurumları da bu yöndə çalışır. Biz də bu istiqamətdə fəaliyyətimizi genişləndirmişik. Dünyada peşəkar və elit idmançılar arasında da narkotikdən istifadə edənlər var. AMADA 5 il ərzində 7 belə hal aşkarlayıb. Bu isə 11 faiz təşkil edir”.

Ş.Hüseynli əlavə edib ki, AMADA antinarkotik təbliğatı ilə bağlı 8 vebinar, 25 seminar, 8 tədbir gerçəkləşdirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button