Mədəniyyət

“Azərbaycanda 2021-ci il Onlayn K-Food (Koreya yeməkləri) Yarışması”

Koreya Respublikasının Azərbaycandakı Səfirliyi 9-21 iyulda “2021-ci il Onlayn K-Food” Yarışması təşkil edib.

İstiqlal.az xəbər verir ki, 2021-ci il Onlayn K-Food Yarışması Azərbaycanda asan tapılan və evdə hazırlanması mümkün olan 3 Koreya yeməyi: Kamcaçon (Kartoflu fəsəli), Dak kal-kuksu (Toyuqlu əriştə) və Qoçu qui (çöpdə qızartma) əsasında olub. İştirakçılar bu 3 yeməkdən birini seçib öz Koreya yeməyi hazırlama videosunu çəkərək youtube-a yerləşdirmiş və iştirakçıların içindən 3 komanda qalib seçilib.

Azərbaycanda Koreya restoranı olmadığından Koreya yeməklərinin dadına baxmaq mümkün deyil, ancaq bu yarış vasitəsilə Azərbaycan vətəndaşlarının Koreya yeməkləri ilə tanışlığına zəmin yaradılıb.

Gələcəkdə də Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi təşkil edəcəyi maraqlı Koreya yeməkləri ilə bağlı tədbirlər vasitəsilə Koreya mətbəxinin təamlarının dadına baxmaq mümkün olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button