Gündəm

Azərbaycanda 2 500 yeni yoluxma faktı qeydə alınıb – 33 nəfər vəfat edib.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 500 yeni yoluxma faktı qeydə alınıb, 2 243 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 544 650 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 505 767 nəfər müalicə olunaraq sağalıb, 7 241 nəfər vəfat edib, aktiv xəstə sayı 31642 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 017, ötən müddət ərzində isə ümumilikdə 5 271 849 test aparılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button