İqtisadiyyat

Azərbaycanda 15 oktyabradək təklif edilən “iPhone 13” seriyası rəsmi deyil

Azərbaycanda fəaliyyət göstərən “Apple” brendinin rəsmi tərəfdaşları “iPhone 13” seriyasının ölkədə satışının 15 oktyabrdan başlayacağını elan etsələr də, bəzi şəbəkələr və ya fərdi sahibkarlar məhsullara rəsmi sözü geyindirib artıq indidən alıcılara məhsulları təklif edirlər.
“APA-Economics”in məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən “Apple” brendinin rəsmi şəbəkələri yalnız “Alma Store”, “İrşad”, “Baku Electronics”, “Kontakt Home”, “MyShop” mağazalarıdır. Bu məhsulları rəsmi satış şəbəkələrindən alarkən zəmanət xidməti, keyfiyyətli diaqnostika və orijinal komponentlər əldə edirsiniz.
“Apple” brendinin rəsmi “iPhone 13” seriyasını əldə etmək üçün 15 oktyabradək gözləmək lazımdır. Yuxarıda adları keçən mağazalar bu məhsulları 15 oktyabrdan etibarən satışa təqdim edəcəklər. 15 oktyabra qədər əldə edilən “iPhone 13” seriyası məhsulları isə qeyri-rəsmi məhsul kimi qəbul ediləcək və rəsmi zəmanət xidmətindən məhrum olacaqlar.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button