Cəmiyyət

Azərbaycanda 149 nəfər koronavirusa yoluxub – 13 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

İndiyədək ölkədə ümumilikdə 789 min 481 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 775 min 706 nəfər müalicə olunaraq sağalıb, 9 min 531 nəfər vəfat edib. 4 min 244 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 512, bu günə qədər isə ümumilikdə 6 milyon 603 min 318 test icra olunub.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 5 vaksin vurulub. Onlardan birinci və ikinci mərhələ üzrə vaksinasiya qeydə alınmayıb. 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 5 olub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya da qeydə alınmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 milyon 159 min 756, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 308 min 772, ikinci mərhələ üzrə 4 milyon 795 min 324 nəfər təşkil edir. Ümumilikdə 2 milyon 842 min 60 buster doza vurulub. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 213 min 590 olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button