İqtisadiyyat

Azərbaycanda ərzaq alışı bu ilin maksimumuna çatıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 14,860 mlrd. manat xərclənib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,6% çoxdur.
Təkcə sentyabr ayında əhali ərzaq məhsullarına 1,891 mlrd. manat xərcləyib ki, bu da avqust ayı ilə müqayisədə 5,4% çoxdur.
Qeyd edək ki, sentyabr ayında əhalinin ərzaq məhsullarına xərcləri bu ilin ən yüksək aylıq göstəricisi kimi qeydə alınıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button