Azərbaycanda əmtəəlik oksigen istehsalı dörd dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 363,6 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 88,8%, rezin və plastik kütlə məmulatlarının istehsalında 22,1%, kimya sənayesi məhsullarının istehsalında isə 16,1% artıb.
Hesabat dövründə ölkədə 7 455,4 min kubmetr oksigen istehsal olunub ki, bu da illik ifadədə 4 dəfə çoxdur. İstehsal olunmuş oksigenin 7 428,5 min kubmetri (artım 4,1 dəfə) əmtəəlik oksigenin payına düşüb.
Məlumata görə, hesabat dövründə əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 2,1 dəfə, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 3,9 dəfə artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri
2021-ci il, yanvar-sentyabr
2020-ci ilin müvafiq dövrünə nisbətən, %
Azot, min kubmetr
16 879,1
101,1
ondan əmtəəlik
645,1
2,1 dəfə
Yod, ton
125,6
92,8
Oksigen, min kubmetr
7 455,4
4 dəfə
ondan əmtəəlik
7 428,5
4,1 dəfə
Propilen, min ton
105,4
136,7
ondan əmtəəlik
98,7
135
Polietilen, min ton
121,6
118,7
Etilen, min ton
123,7
121,2
Metanol (metil spirti), min ton
248,8
67,6
Lak-boya məmulatları, ton
20 817,5
2,1 dəfə
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton
32 036,8
125,1