İqtisadiyyat

Azərbaycana nəqliyyat vasitələrinin idxalı 71 % artıb

2021-ci ildə ümumilikdə Azərbaycana 84 596 nəqliyyat vasitəsi idxal olunub.

Bunu Dövlət Gömrük Komitəsi (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş idarəsi rəisinin müavini Əsgər Məmmədov bildirib.

“Bu nəqliyyat vasitələrindən yanacaq növünə görə 50 114-ü benzin, 21 392-i dizel, 158-i elektrik, 12 932 ədədi isə hibrid avtomobilləri olub”, – Ə. Məmmədov qeyd edib.

O, ötən ildə ölkəyə gətirilən nəqliyyat vasitələri haqqında statistik məlumatları diqqətə çatdırarkən bildirib ki, 2020-ci il ərzində isə ölkəyə 49 431 nəqliyyat vasitəsi gətirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button