Cəmiyyət

Azərbaycana gətirilən bir sıra bioloji fəallığa malik qida əlavələrində uyğunsuzluq aşkarlanıb

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkəyə idxal edilən bir sıra bioloji fəallığa malik qida əlavələrinə keçirilən baxış zamanı uyğunsuzluqlar aşkar edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Report”a verilən məlumata görə, yoxlama zamanı götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Aparılan müayinələr nəticəsində idxal olunan məhsul partiyalarında uyğunsuzluqlar aşkar edildiyi üçün istehlaka yararsız olması ilə bağlı qərar qəbul edilib və qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb. Həmin müddət ərzində uyğunsuzluqlar aşkar edilmiş bioloji fəallığa malik qida əlavələri aşağıdakılardır:
1. “Healthy Body” MMC tərəfindən Türkiyədən idxal edilmiş 3000 ədəd BFMQƏ partiyası (MAFAnMM və BÇQB aşkar edildiyi üçün) məhv edilib.
2. “Jala Pharma” MMC tərəfindən Rumıniyadan idxal edilmiş 1000 ədəd BFMQƏ partiyası (qurğuşun (Pb), kadmium (Cd)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi üçün) məhv edilib.
3. Fiziki şəxs Abbasov İlkin Elxan oğlu tərəfindən Türkiyədən idxal edilmiş 2500 ədəd BFMQƏ partiyası (qablaşdırmasında uyğunsuzluqlar aşkar edildiyi üçün) ixrac edən ölkəyə geri qaytarılıb.
4. “Azəri Med” MMC tərəfindən Türkiyədən idxal edilmiş 23424 ədəd BFMQƏ partiyası (orqanoleptik göstəriciləri üzrə uyğunsuzluqlar aşkar edildiyi üçün) ixrac edən ölkəyə geri qaytarılıb.
5. Fiziki şəxs Fətullayev Elşad Mikayıl oğlu tərəfindən Türkiyədən idxal edilmiş 4915 ədəd BFMQƏ partiyası (kadmium (Cd)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi üçün) ixrac edən ölkəyə geri qaytarılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button