İqtisadiyyat

Azərbaycana gələn turistlərin həyat və sağlamlıqları sığortalanacaq, elektron qeydiyyatı aparılacaq

Azərbaycana gələn turistlərin həyat və sağlamlıqları sığortalanacaq.
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında qeyd olunub.
Qanun layihəsində turistlərin ölkədə qarşılaşa biləcəyi potensial problemlərin qarşısının alınması və ya effektiv şəkildə aradan qaldırılması məqsədilə turistlərin hüquq və vəzifələri, onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət orqanlarının və sənaye subyektlərinin öhdəlikləri, həmçinin, həyat və sağlamlıqlarının sığortalanması məsələləri əksini tapıb.
Layihədə yerləşmə vasitələrində (mehmanxana və s.) gecələyən şəxslərin elektron qeydiyyatının aparılması məsələsi də var.
Elektron qeydiyyatının aparılması yerləşmə vasitələrində gecələyən şəxslər barədə düzgün turizm statistikasının formlaşdırılmasına, hüquq mühafizə orqanları tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə məlumatların operativ əldə edilməsinə, həmçinin, “kağızsız” və mərkəzləşdirilmiş elektron qeydiyyat sisteminin tətbiqi ilə qeydiyyat prosesinin asanlaşdırılmasına şərait yaradacaq.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button