İdman

Azərbaycan yığmasının oyunu koronavirusa görə təxirə salınıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunları təxirə salınıb.Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, buna səbəb yığmamızın 3 futbolçusunun koronavirusa yoluxması olub.Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün Belçikada səfərdə olan U-17-nin heyətində Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun (“Qarabağ”) COVID-19 testi pozitiv nəticələnib ki, Belçikanın daxili qanunlarına əsasən komandamızın digər üzvlərindən daha bir dəfə test götürüləcək.Təqvimə əsasən bu gün keçirilməsi nəzərdə tutulan Azərbaycan – Norveç oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button