İdman

Azərbaycan yığmasının məşqçisi və futbolçuları koronavirusa yoluxub

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdəki beynəlxalq turnirdə iştirak etməyəcək.

Buna 6 futbolçu, məşqçi və inzibatçının koronavirusa yoluxması səbəb olub.

Bununla əlaqədar yığmanın Bakıdakı toplanışı da ləğv edilib. Futbolçulardan Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov və Sənan Ağalarovda infeksiya aşkarlanıb. Məşqçi Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovun da testi pozitiv çıxıb.

Qeyd edək ki, Minskdəki yarış 3 – 14 fevralda olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button