İdman

Azərbaycan yığması Serbiyaya uduzub – FOTOLENT

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri yer aldığı A qrupunun VIII turunda səfər matçına çıxıb.
İlk 6 oyununda cəmi 1 xalla kifayətlənən yığmamız Belqradda qrupun favoritlərindən sayılan Serbiyanın qonağı olub. Üç gün əvvəl Bakıda İrlandiyaya 0:3 hesabı ilə məğlub olan komandamızın cari tsikldə qələbə həsrəti bu dəfə də davam edib.
Meydan sahibləri 30-cu dəqiqədə penaltidən hesabı açsa da, fasilə ərəfəsində rəqib qapıçısının kobud səhvini bağışlamayan Emin Mahmudov status-kvonu bərpa edib. Lakin komandamızın bundan artığına gücü çatmayıb. Fasilədən dərhal sonra yenidən önə keçən Draqan Stoykoviçin kollektivi son dəqiqələrdə millimizi daha bir dəfə mərkəzə dəvət edərək, 3:1 hesablı qələbə qazanıb.
Bununla Serbiya məğlubiyyətsiz, Azərbaycan isə qələbəsiz oyunlar seriyasını davam etdirir. Son tur öncəsi millimizin qrupda axırıncı yeri tutacağı rəsmiləşib.
Qrupun digər matçında Portuqaliya Kriştiano Ronaldo (3), Bruno Fernandeş və Palinyanın qolları ilə Lüksemburqu 5:0 hesabı ilə məğlub edib.
Yığmamızla eyni qrupda yer alan İrlandiya isə Qətərlə yoldaşlıq görüşündə üz-üzə gəlib və 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, millimiz qrupda son görüşünü noyabrın 11-də Lüksemburqa qarşı keçirəcək.
DÇ-2022-nin seçmə mərhələsiA qrupu, VIII tur12 oktyabr22:45. Serbiya – Azərbaycan – 3:1Qollar: Duşan Vlahoviç, 30 (pen.), 53, Duşan Tadiç, 83 (pen.) – Emin Mahmudov, 45+2Baş hakim: Erik Lambrexts (Belçika)Serbiya: 12. Predraq Raykoviç, 4. Miloş Velkoviç, 13. Stefan Mitroviç, 5. Matiya Nastasiç (k), 16. Saşa Lukiç, 21. Marko Qruyiç, 22. Darko Lazoviç, 17. Filip Kostiç, 20. Sergey Milinkoviç-Saviç, 11. Luka Yoviç, 18. Duşan VlahoviçEhtiyat oyunçular: 1. Marko Dmitroviç, 23. Mile Svilar, 2. Uroş Raçiç, 3. Filip Mladenoviç, 6. Nemanya Maksimoviç, 7. Nemanya Radonyiç, 8. Nemanya Qudel, 9. Aleksandar Mitroviç, 10. Duşan Tadiç, 14. Andriya Jivkoviç, 15. Uroş Spayiç, 19. Mixaylo RistiçBaş məşqçi: Draqan StoykoviçAzərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 4. Höccət Haqqverdi, 18. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 3. Azər Salahlı, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 19. Filip Ozobiç, 21. Araz Abdullayev, 9. Renat DadaşovEhtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 10. Rəhim Sadıxov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 17. Toral Bayramov, 20. Mert Çelik, 22. Bəxtiyar HəsənalızadəBaş məşqçi: Canni de ByaziBelqrad, “Rayko Mitiç” stadionu

1

Serbiya

7

5

2

0

16-8

17

2

Portuqaliya

6

5

1

0

16-4

16

3

Lüksemburq

6

2

0

4

5-14

6

4

İrlandiya

6

1

2

3

8-8

5

5

Azərbaycan

7

0

1

6

4-15

1

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button