İqtisadiyyat

Azərbaycan yanvarda 36 ton çay ixrac edib

Bu ilin yanvar ayında Azərbaycan 267,69 min ABŞ dolları dəyərində 36,07 ton çay ixrac edib.

Dövlət Gömrük Komitəsinin hesabatına hesablamalarına görə, bu, bir il öncəki göstəricidən müvafiq olaraq 64,8% və 65,4% azdır.

Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 4 005,42 min dollar dəyərində 844,22 ton çay idxal olunub. 2021-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə çay idxalının dəyəri 59,1%, həcmi isə 18,7% artıb.

Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,41% təşkil edib.

2021-ci ilin yanvarında (2021-ci ilin yanvarı ilə müqayisədə) ölkənin çay idxalı ixracı dəyər ifadəsində 15 dəfəyədək, həcm ifadəsində isə 23,4 dəfə üstələyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button