Azərbaycan voleybolçuları “Dördlər finalı”na yüksəlmək şansını itirib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız Qızıl Avropa Liqasında ikinci dövrəyə start verib.
A qrupunda yer alan Vüqar Əliyevin yetirmələri Fransadakı dövrəyə İspaniya ilə görüşlə start verib. İlk üç görüşdə xal qazana bilməyən millimiz yenə də rəqibi qarşısında aciz qalıb. Voleybolçularımız gücü cəmi 1 setə çatıb. Nəticədə yenə xal qazana bilməyən yığmamız “Dördlər finalı” arzusunu dəfn edib.
Qeyd edək ki, yalnız qrup qalibi yarımfinala vəsiqə qazanacaq.
Qızıl Avropa LiqasıII dövrəIV tur, 4 iyun20:00. İspaniya – Azərbaycan – 3:1 (25:19, 22:25, 25:21, 25:14)Hakimlər: Olivye Julye (Fransa), Vitor Alexandre Qonsalveş (Portuqaliya)Marehal Harnes regional idman zalı
1
İspaniya
4
4
0
12-4
11
2
Rumıniya
3
2
1
8-5
6
3
Fransa
3
1
2
6-7
4
4
Azərbaycan
4
0
4
2-12
0