İqtisadiyyat

Azərbaycan vətəndaşları bu il Türkiyədə 858 ev alıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədə 858 daşınmaz əmlaka sahib olub.
“APA-Economics” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Statistika İdarəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu göstərici üzrə Azərbaycan Türkiyədə ev alan xaricilərin sıralanmasında 9-cu yerdə qərarlaşıb. Türkiyədə ev alan xarici ölkə vətəndaşlarının ilk üçlüyündə İraq (4 631), İran (4 600) və Rusiya (2 575) yer alıb.
Ümumilikdə, əcnəbilər Türkiyədə bu ilin 8 ayı ərzində 30 849 ev alıblar, bu da illik ifadədə 47,6% çoxdur.
Ən çox daşınmaz əmlak İstanbulda satılıb – 14 788 vahid. Satış sayı üzrə ikinci sırada Antalya (5897), üçüncü yerdə isə Ankara (1988) şəhərləri qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan vətəndaşları ötən il Türkiyədə 1 279 ev alıb, bu da 2019-cu illə müqayisədə 7,4% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button