İqtisadiyyat

Azərbaycan və Ukrayna arasında avtomobil daşımaları üzrə kvotalar artırılıb

Ukrayna və Azərbaycan daşıyıcıları arasında cari il üzrə əlavə icazələrin alınması və 2022-ci il üçün kvotanın artırılması barədə razılıq əldə olunub.
Ukraynanın Azərbaycandakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə razılıq Kiyevdə ölkələr arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası zamanı əldə olunub.
Səfirlikdən bildirilib ki, bu il Ukrayna tərəfi əlavə olaraq 850 ədəd universal və 150 ədəd üçüncü ölkələrə (-dən), daşımalar üçün icazə alacaq 2022-ci il üçün universal icazələr üçün kvota 45% artırılaraq 3200, üçüncü ölkələrə (-dən) daşımalar üçün icazələrə dair kvota 27% artırılaraq 1400 ədədə çatıb.
Qeyd edək ki, Ukrayna daşıyıcıları son 10 ərzində ilk dəfə olaraq Azərbaycandan artırılmış kvota ilə icazə alacaq. Danışıqlar zamanı tərəflər, həmçinin, ölkələr arasındakı mal dövriyyəsinin cari vəziyyətini müzakirə edib və avtomobil daşıyıcıları tərəfindən yerinə yetirilmiş reyslərə dair statistik məlumatların mübadiləsini aparıblar. Bundan əlavə, Azərbaycan tərəfi Ukrayna nümayəndə heyətinin xahişi ilə bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, əgər üçüncü ölkədən gələn malın gömrük rəsmiləşdirilməsi həyata keçirilmirsə, və mal yalnız Ukrayna ərazisində yük olaraq boşaldılırsa, nəzarət orqanları icazələri üçüncü ölkələrdə (-dən) tələb edəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button