İqtisadiyyat

Azərbaycan və Rusiya yeni birgə müəssisələr yarada bilər

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda təşkil olunan Rusiya şirkətlərinin işgüzar missiyasının verə biləcəyi nəticələrdən və Azərbaycan tərəfinin bu görüşdən gözləntiləri barədə danışıb.
“APA-Economics”in məlumatına görə, nazir Rusiya nümayəndə heyətinin səfəri nəticəsində yeni müqavilələr, sərmayələr, xüsusilə də birgə müəssisələrin yaradılması kimi nəticələrin gözlədiyini qeyd edib.
“Azərbaycanla Rusiya arasında müşahidə olunan ticarət dinamikasının artımından irəli gələrək, xüsusilə Azərbaycandan Rusiya Federasiyasına qeyri-neft ixrac məhsullarının artımını nəzərdə alaraq, nəqliyyat-logistika sahəsində həyata keçirilən layihələri, işğaldan azad edilmiş ərazilərdə icra olunan tikinti-bərpa işlərində və ümumilikdə ölkəmizdə mövcud olan münbit investisiya iqlimindən çıxış edərək, bu səfərin nəticəsində həm yeni müqavilələr, həm yeni sərmayələr, xüsusilə birgə müəssisələrin yaradılması kimi nəticələr gözləyirik”, – deyə M. Cabbarov əlavə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button