İqtisadiyyat

Azərbaycan və Rusiya vergi sahəsində e-sənəd dövriyyəsinin təşkili üçün layihə hazırlayacaq

Azərbaycan Dövlət Vergi Xidməti (DVX) ilə Rusiyanın Federal Vergi Xidməti Moskvada keçirilən birgə işçi qrupun 3-cü iclası çərçivəsində protokol imzalayıblar.
Bu barədə “APA-Economics”ə DVX-dən bildriilib.
Verilən məlumata görə, sənədə əsasən tərəflər gələcəkdə vergi inzibatçılığı sahəsində, o cümlədən ƏDV inzibatçılığı və yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi sistemləri, elektron kommersiyaya nəzarət, iri ticarət mərkəzlərində operativ nəzarət mexanizmləri sahələrində mütərəqqi təcrübələr barədə məlumat mübadiləsi aparmağı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (İİƏT) çərçivəsində məlumat mübadiləsi sisteminin təcrübəsi əsasında maliyyə informasiyalarının mübadiləsi və ondan istifadə edilməsini, eləcədə təsərrüfat subyektlərinin sərhədlərarası elektron sənəd dövriyyəsinin təşkili üçün ikitərəfli pilot layihənin hazırlanması ilə bağlı imkanları nəzərdən keçirməyi qərara alıblar.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button