İqtisadiyyat

Azərbaycan və Rusiya ilə yanaşı Belarus da ITU Şurasına namizədliyini irəli sürüb

Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq Əməkdaşlıq Koordinasiya Komissiyası, Rusiya və Azərbaycanın C Bölgəsindən (Şərqi Avropa və Şimali Asiya) namizədliyi ilə yanaşı Belarusun da Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunication Union – ITU) Şurasına namizədliyini dəstəkləyib.
“APA-Economics” RRB-nin yaydığı məlumata istinadən xəbər verir ki, bu məsələyə RRB İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muxitdinovun Belarusun rabitə və informasiyalaşdırma naziri Konstantin Şulqanla görüşü çərçivəsində baxılıb.
Seçkilər ITU-nun 2022-ci ildə keçiriləcək Səlahiyyətli Konfrans zamanı baş tutacaq.
Xatırladaq ki, Azərbaycan tərəfindən növbəti dəfə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Sahibə Həsənovanın namizədliyi irəli sürülüb. O, 2018-ci ildə baş tutan Səlahiyyətli Konfrans çərçivəsində Radio Tənzimləmə Komitəsinə keçirilən seçkilərdə 115 səslə qələbə qazanıb və bu Komitəyə seçilən ilk Azərbaycan təmsilçisi olub.
Qeyd edək ki, İTU-nun Radio Tənzimləmə Komitəsi radiotezlik spektri və peyk orbiti resurslarının idarə edilməsi üzrə məsul qlobal orqandır. Bu orqan Radio haqqında Əsasnamənin tətbiqi ilə bağlı prosedur qaydalarını, o cümlədən, radiotezliklər və peyk orbitlərinin istifadəsi ilə bağlı tapşırıqları təsdiq edir.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button