İqtisadiyyat

Azərbaycan və İsrail arasında bərpaolunan enerji mənbələrinin inkişafına dair müzakirə aparılıb

Azərbaycan Respublikasının Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və İsrailin Elektrik Qurumu (İEQ) arasında enerji tənzimləmə məsələləri ilə bağlı təcrübə mübadiləsi aparmaq üçün onlayn görüş keçirilib.
EMTA-dan “APA-Economics”ə verilən məlumata görə, göüşün əsas məqsədi EMTA ilə İEQ arasında əməkdaşlığın əsasını qoymaq və onu gələcəkdə genişləndirmək, enerji bazarlarının təhlilini aparmaq, eyni zamanda səmərəli təcrübə mübadiləsi üçün potensial sahələri müəyyən etmək olub.Görüş zamanı Azərbaycan və İsrailin enerji bazarının dizaynı, bərpaolunan enerji mənbələrinin inkişafı və istifadəsi və hər iki qurum arasında gələcək əməkdaşlığa bağlı müxtəlif ikitərəfli məsələlər müzakirə edilib.Görüşdə İsrailin enerji bazarı, elektrik sektorunda son aparılan islahatlar, xüsusən də istehsal, ötürülmə və paylanmanın şaquli olaraq inhisardan ayrılması barədə ümumi məlumat verilib.Tərəflər növbəti görüşlərin ekspertlər səviyyəsində keçirilməsinə dair razılığa gəliblər.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button