Siyasət

Azərbaycan və İran arasında razılaşma əldə olundu

Azərbaycan və İran arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisinin davam etdirilməsi və istismarı haqqında razılaşma əldə olunub.

Bu barədə İranın Energetika Nazirliyinin informasiya portalı məlumat verir.

 

Məlumata görə, İran və Azərbaycan arasında yaxşı qonşuluq və birgə əməkdaşlıqlara əsasən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisinin davam etdirilməsi üzrə birgə işçi qrupunun iclası İranın Şərqi Azərbaycan vilayətinin Xudafərin rayonunda keçirilib.

Məlumatda qeyd olunur ki, iclasda Azərbaycan və İranın energetika nazirlərinin müavinləri və digər əlaqədar rəsmilər iştirak ediblər. (Trend)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button