İqtisadiyyat

Azərbaycan və Gürcüstan arasında standartlaşdırma üzrə yeni saziş təsdiq ediləcək

Azərbaycan və Gürcüstan arasında yeni standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq barədə saziş təsdiq ediləcək.

APA xəbər verir ki, bu, Milli Məclisin plenar iclasına tövsiyə edilən Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Eyni zamanda “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun ləğv ediləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button