Siyasət

Azərbaycan və Gürcüstan arasında 6 buraxılış məntəqəsi olacaq

Xəbər verdiyimz kimi, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, Gürcüstanda yaşayan vətəndaşlarımızın Azərbaycana rahat gedib-gəlməsi üçün daha çox sərhəd keçid məntəqəsi olmalıdır.

Komitə sədri dedi ki, təkcə Qazaxda deyil, Gürcüstanla sərhəd olan digər bölgələrdə də sərhəd-keçid məntəqələri olmalıdır: “Gürcüstanla əlaqələrimiz tək Qazax-Ağstafa bölgəsi ilə məhdudlaşmır. Şimalda da Gürcüstana keçid məntəqələrinin artırılması vacibdir. Hamını Qazaxa yığmaq düzgün deyil”.

Musavat. com-un məlumatına görə, təqdim olunan sənədə əsasən, Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün aşağıdakı 6 buraxılış məntəqəsi müəyyən edilib:

1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün Dəmiryolu “Böyük-Kəsik(Azərbaycan) – Qardabani (Gürcüstan); Avtomobil

– “Qırmızı körpü” (Azərbaycan) – “Krasniy Most” (Gürcüstan);

– “Mazımqara” (Azərbaycan) – “Tsodna” (Gürcüstan).

2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri
“İpəkyolu” (Azərbaycan) – “Abreşumis Qza” (Gürcüstan);

3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün piyadalar üçün avtomobil yolu
“Sadaxlı” (Azərbaycan) – “Vaxtangisi” (Gürcüstan)

4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək piyadalar üçün avtomobil yolu.

“Muğanlı” (Azərbaycan) – “Samtatskaro” (Gürcüstan).

Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” – “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vastitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edildi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button