İqtisadiyyat

Azərbaycan və “Dubai Future Foundation” arasında memorandum imzalanıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və “Dubai Future Foundation” arasında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, imzalanan Anlaşma Memorandumunda rəqəmsal həllərin və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq nəzərdə tutulur: “Qabaqcıl texnologiyaların sürətlə mənimsənilməsi, vətəndaşlara və biznes maraqlarına xidmət etməsi üçün Dördüncü Sənaye İnqilabı çağırışlarına çevik uyğunlaşma xüsusi əhəmiyyət kəsb edir”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button