Siyasət
“Azərbaycan və Aİ arasında əməkdaşlıq strateji xarakter daşıyır” – İlham Əliyev

“Azərbaycan və Avropa İttifaqı arasında xüsusilə enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır”.
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti vəzifəsinə yenidən seçilən Şarl Mişelə göndərdiyi təbrik məktubunda yer alıb.
“Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar tezliklə başa çatdırılacaq və bu mühüm sənədin imzalanması ilə əməkdaşlığımız keyfiyyətcə daha yeni mərhələyə qədəm qoyacaq. İnanıram ki, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”, – İlham Əliyev vurğulayıb.