Siyasət

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi sülhə böyük fürsət yaradıb – Ərdoğan

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgədə davamlı sülhə nail olmaq imkanları üçün böyük fürsət yaranıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə akkreditasiya olunan səfirlər üçün təşkil olunan “Səfirlər üçün ənənəvi iftar proqramı”ndakı çıxışında deyib.

Gündəlikdə olan qlobal problemlərdən bəhs edən dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə qonşu Ermənistanla normallaşma prosesini səmimiyyətlə davam etdirir.

Prezident çıxışında Rusiya-Ukrayna münaqişəsinin və Suriya böhranının həlli yollarına və digər aktual məsələlərə toxunaraq qeyd edib ki, dünyada sülh, sabitlik və inkişafa nail olmaq yeganə düzgün yoldur və Türkiyənin bu məsələlərdə mövqeyi dəyişməz qalır.

Hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərargahında keçirilən proqramda Azərbaycanı ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov təmsil edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button