İqtisadiyyat

Azərbaycan tibbi maska istehsalını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17,8 mln. ədəd tibbi maska istehsal edilib. Bu, illik müqayisədə 56,1% çoxdur.
“APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Təkcə avqust ayında 2,7 mln. ədəd maska istehsal olunub ki, bu da iyul ayı ilə müqayisədə 2,3 dəfə çoxdur.
Qeyd edək ki, sentyabrın 1-nə ölkədə hazır maska ehtiyatı 0,8 mln. ədəd təşkil edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button