İqtisadiyyat

Azərbaycan Tbilisidə ənənəvi xeyriyyə yarmarkasında təmsil olunacaq

Dekabrın 18-19-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində ənənəvi qış xeyriyyə yarmarkası keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, tədbiri Gürcüstanın Beynəlxalq Qadınlar Assosiasiyası (IWA) təşkil edəcək.

Sərgi-satış yarmarkasına Gürcüstanda akkreditə olunmuş 30-a yaxın səfirlik və beynəlxalq təşkilatların nümayəndəlikləri qatılacaqlar.

Azərbaycanın Gürcüstandakı səfirliyi də tədbirdə milli suvenirlər, “Made in Azerbaijan” brendli məhsulların yer alacağı milli guşə ilə təmsil olunacaq.

Yarmarka ziyarətçiləri milli mətbəxlər pavilyonunda Azərbaycanın milli təamlarını dadmaq imkanı da əldə edəcəklər.

Tədbirdən əldə olunacaq vəsait həssas qrupa daxil olan insanlar üçün həyata keçiriləcək layihələrə yönəldiləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button