Gündəm

Azərbaycan TAP sayəsində İtaliyaya üçüncü ən iri qaz tədarükçüsünə çevrilib

Azərbaycan İtaliyaya ən iri xam neft tədarükçüsüdür, indi isə Trans-Adriatik boru xətti (TAP) sayəsində üçüncü ən iri qaz tədarükçüsünə çevrilib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə “Euractiv” nəşrinə müsahibədə deyib.

“Ötən il biz İtaliyaya yeddi milyard kubmetrə yaxın qaz tədarük etmişik. Energetika nazirimiz qeyd edib ki, indiki hasilat tempinin saxlanacağı təqdirdə bu ilin sonunadək İtaliyaya uzunmüddətli və spot müqavilələr üzrə qaz ixracımız 9,5 milyard kubmetrə çata bilər. Nazir həmçinin TAP-ın genişlənməsindən sonra 10 faizlik hidrogen qatışığının nəqli üçün imkanların mövcudluğunu qeyd edib. Məhz bu günlərdə TAP konsorsiumunun rəhbərliyi qaz kəmərinin tam nəql gücünə çıxdığını bildirib. Söhbət sutkada 33 milyon kubmetr və ya ildə 12 milyard kubmetr qazdan gedir. Bunun 10,5 milyard kubmetri İtaliyanın payına düşür, – deyə səfir bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button