Mədəniyyət
Azərbaycan Şuşanın “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil edilməsini təklif edir

Azərbaycan Şuşanın YUNESKO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil edilməsini təklif edir. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, 2021-ci ilin noyabrında siyahıya “qastronomiya” mövzusunda Lənkəranın və digər 49 şəhərin şəbəkəyə daxil edilməsi haqqında qərar qəbul olunub.
Ümumiyyətlə, şəbəkəyə dünyanın 90 ölkəsindən 295 şəhər daxildir.
Qeyd olunur ki, Bakı 2019-cu ildən “dizayn”, Şəki isə 2017-ci ildən “usta və sənətkarlıq” mövzusu üzrə şəbəkəyə daxil edilib.