İqtisadiyyat

Azərbaycan şirkətləri beynəlxalq sərgidə 3,6 mln. dollarlıq ixrac müqavilələri bağlayıb

Moskvada təşkil olunan “WorldFood Moscow 2021” beynəlxalq ərzaq sərgisi çərçivəsində Azərbaycan şirkətləri tərəfindən ümumi dəyəri 3,6 mln. ABŞ dolları təşkil edən ixrac müqavilələri bağlanılıb.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, əldə olunan razılıqlara əsasən Qırğızıstan, Özbəkistan və Rusiyaya 2,5 mln. dollar dəyərində qənnadı məhsullar, Rusiyaya 100 min dollar dəyərində (18 min kq) qabıqlı fındıq məhsulu və 1 mln. dollarınadək olan nar tədarük olunacaq.
Qeyd edək ki, 21-24 sentyabr tarixində keçirilən “WorldFood Moscow 2021” sərgisində 20-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş olunub.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button