Azərbaycan sığorta sektorunun zərərliyi artıb- RENKİNQ

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin xətti ilə 452,366 mln. manat məbləğində sığorta haqqı toplanılıb və 248,2 mln. manat həcmində ödəniş olunub.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,3% və 31,8% çoxdur. Beləliklə, sektor üzrə ümumi zərərlilik nisbəti 54,9% olub. Bu o deməkdir ki, sığorta sektorunda toplanan sığorta haqlarının 54,9%-i həcmində sığorta ödənişi şirkətlər tərəfindən həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz bəndi çoxdur.
“APA-Economics” sığorta şirkətlərinin 2021-ci ilin ilk yarısınının zərərlilik üzrə renkinqini hazırlayıb:
#
Şirkət
Yığımlar
Ödənişlər
Zərərlilik
Dinamika, f.b.
min manatla
1
Aqrar Sığorta
1 874
0
0%
–
2
Meqa Həyat Sığorta
236
0
0%
–
3
Xalq Həyat
2 474
83
3,4%
–
4
Qala Sığorta
24 310
2 610
10,7%
2,8
5
Naxçıvansığorta
1 026
138
13,5%
12,8
6
Meqa Sığorta
14 020
2 135
15,2%
-1,4
7
Bakı Sığorta
2 233
343
15,4%
-1,1
8
İpək Yolu Sığorta
7 303
1 191
16,3%
-4,7
9
Qala Həyati
7 710
1 332
17,3%
-8,5
10
Azərbaycan Sənaye Sığorta
7 335
1 884
25,7%
7,5
11
Paşa Sığorta
105 766
29 825
28,2%
-3,4
12
Günay Sığorta
5 305
1 790
33,7%
6,7
13
Atəşgah
11 355
5 335
47%
-17,6
14
AtaSığorta
6 768
3 971
58,7%
-6,7
15
A-Qroup Sığorta Şirkəti
7 949
5 478
68,9%
-7,5
16
AzSığorta
5 680
4 123
72,6%
31,6
17
Paşa Həyat Sığorta
159 565
120 864
75,8%
6,8
18
Xalq Sığorta
13 040
10 318
79,1%
17,5
19
Atəşgah Həyat
23 708
19 239
81,2%
4,9
20
Azərsığorta
44 709
37 538
84%
66,3