İqtisadiyyat

Azərbaycan-Serbiya biznes forumu keçirilib

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçirilib. 
“APA-Economics”in məlumatına görə, iki ölkə rəsmilərinin də qatıldığı forumda Azərbaycan və Serbiyanın iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətləri iştirak edib.
Əvvəlcə Azərbaycanda qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən ardıcıl və məqsədyönlü işlər, əldə olunan uğurlu nəticələr barədə məlumat verilib. 
Serbiyanın Ticarət və Sənaye Palatası Prezidentinin müşaviri Srdjan Popovic ölkəsinin Azərbaycanla münasibətlərinin inkişafından bəhs edib. Bu pozitiv dinamika ilə paralel olaraq iki ölkənin iş adamları arasında əlaqələrin də genişlənməkdə olduğunu  diqqətə çatdırıb. 
Biznes forumda Azərbaycan tərəfindən Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasına dair ətraflı təqdimatla çıxış edərək, bu zonanın investorlar üçün mühüm əhəmiyyətini diqqətə çatdırıb. Eləcə də Serbiyalı iş adamları təqdimatlar ediblər.  

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button