İdman

Azərbaycan Şahmat Federasiyasının yeni baş katibi açıqlanıb

Azərbaycan Şahmat Federasiyası (AŞF) rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə keçirilən ilk iclasında qurumun baş katibi təsdiqlənib.

“Report”un məlumatına görə, yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova AŞF-nin baş katibi təyin edilib.

O, bu postda Faiq Həsənovu əvəzləyib. F. Həsənov federasiyada I vitse-prezident olub.

Qeyd edək ki, Mahir Məmmədov bu gün AŞF-nin prezidenti seçilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button