İdman

Azərbaycan sablyaçısı 1/8 finalda uduzub

Azərbaycan millisinin daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb.
Apasport.az saytının məlumatına görə, bu, qılıncoynatma yarışlarındakı yeganə təmsilçimiz Anna Baştadır.
Xanım sablyaçımız Olimpiadada cəmi iki qarşılaşma keçirə bilib. O, mübarizəni 1/8 finalda dayandırıb.
Qılıncoynatma26 iyulQadınlar, sablya1/16 finaldan yarışa başlayan Annanın ilk rəqibi ABŞ qılıncoynadanı Anne-Elizabet Stoun olub. Başta 15:8 hesabı ilə qalib gəlib.
O, 1/8 finalda rusiyalı Olqa Nikitina ilə qarşılaşıb. 13:15 hesabı ilə uduzan təmsilçimiz mübarizəni dayandırıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button