İqtisadiyyat

“Azərbaycan Sənaye Korporasiyası”nın 8 şirkəti özəlləşdiriləcək

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin balansında olan 8 şirkət özəlləşdirməyə çıxarılacaq”.

“Report”un xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məslisin bu gün keçirilən plenar iclasında – “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.

O, həmçinin deyib ki, dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsinə yanaşma eyni deyil: “Bəzi dövlət müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə verilib. Digər dövlət müəssisələrinə isə onların xüsusiyyətləri, ölkə iqtisadiyyatının inkişafına rolları nəzərə alınmaqla, dövlət maraqları gözlənilməklə xüsusi yanaşmalar tətbiq olunur”, – deyə o qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button