İqtisadiyyat

Azərbaycan Rusiyaya kartof ixracını artırıb

Bu ilin əvvəlindən sentyabrın 12-dək Azərbaycan Rusiyaya kartof ixracını 1,2 dəfə artırıb.
“APA-Economics”in Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə qurumun “Argus-Fito” informasiya sisteminin statistik hesabatında bildirilir.
Qeyd olunur ki, bu dövrdə Rusiyaya Azərbaycandan 84,7 min ton kartof tədarük edilib.
Ümumilikdə, hesabat dövründə MDB ölkələri Rusiyaya kartof, yerkökü və çuğundur tədarükünü artırıb. Belə ki, kartof tədarükü 2020-ci ilin eyni dövründə 82 min tondan 2,6 dəfə artaraq bu il 214,8 min tona yüksəlib.
MDB ölkələrindən Rusiyaya idxal edilən yerkökünün həcmi 2020-ci ilin eyni dövründə 78,9 min tondan 14% artaraq 2021-ci ildə 90,3 min tona, çuğundur idxalı isə keçən il 14,8 min tondan 17,1% artaraq bu il 17,3 min tona çatıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button