Cəmiyyət

Azərbaycan Rusiyaya ixrac olunan çəyirdəkli və tumlu meyvələrdə müayinələr aparır

Bu gün Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında videokonfrans formatında görüş keçirilib.
Bu barədə “Report”a AQTA-dan məlumat verilib
Bildirilib ki, görüşdə Azərbaycandan Rusiyaya ixrac olunan bitkiçilik məhsulları üzərində həyata keçirilən nəzarət, bitki zərərvericiləri və viruslara qarşı təsərrüfatlarda davamlı olaraq aparılan mübarizə tədbirləri, ixrac olunan məhsul partiyalarından götürülən nümunələrin laborator müayinələrə cəlb olunması ilə bağlı müzakirələr aparılıb.
Daxil olan bildirişlərlə bağlı araşdırmaların aparıldığını diqqətə çatdıran AQTA sədri Qoşqar Təhməzli Rusiyaya ixrac olunan çəyirdəkli və tumlu meyvələrdə qonur monilyoz çürümə göbələyi ilə bağlı müayinələrin aparıldığını və bu istiqamətdə mütəxəssislər tərəfindən monitorinqlərin həyata keçirildiyini bildirib.
“Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert iki ölkə arasında qida təhlükəsizliyi, həmçinin bitki sağlamlığı sahələrində əməkdaşlığın daha da genişləndiyindən məmnunluğunu ifadə edib.
Tədbirdə idxal-ixrac əməliyyatları zamanı bəzi bitkiçilik məhsullarının fumiqasiya edilməsi, həmçinin soyuducu anbarlarda soyuq rejimdə saxlanılmaqla ixrac olunması, alma və pomidor məhsullarının dəmiryolu nəqliyyatı vasitəsilə daşınma icazəsinin uzadılması, kooperativlərə üzv olan bir neçə kiçik müəssisəyə fitosanitar sertifikatların verilməsi ilə bağlı məsələlər də müzakirə olunub.
Sonda tərəflər ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button