İqtisadiyyat

Azərbaycan Rusiyadan qənnadı məmulatları idxal edən əsas ölkələr sırasına daxil olub

Bu ilin birinci yarısının yekunlarına görə, Azərbaycan Rusiyadan qənnadı məmulatları idxal edən əsas üç ölkə sırasına daxil olub.
“APA-Economics” “Askond” Şirniyyat Müəssisələri Assosiasiyasına istinadən verdiyi məlumata görə, Rusiya şirniyyatları dünyanın 94 ölkəsinə tədarük olunur, lakin ən aktiv alıcı Qazaxıstandır (27%). Bu ölkənin ardınca Belarus və Azərbaycan gəlir. Avropa ölkələri, Yaxın Şərq və Cənubi Amerika dövlətləri də Rusiyadan qənnadı məmulatları ilə maraqlanmağa başlayıb.
Qeyd olunur ki, Rusiyadan şirniyyat məhsulları ixracı 2021-ci ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 16,5% artaraq 329,6 min tona yüksəlib. Ölkə tədarükdən 709,5 mln. ABŞ dolları məbləğində qazanc əldə edib (+19,3%).
Satışların təqribən yarısı şokolad məhsullarının payına düşüb – 47,7% və ya 338,6 mln. dollar. Həcm baxımdan bu, ümumi tədarükün 39,9%-ni (131,7 min ton) təşkil edib. Şokolad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,8% artıb.
Bu il Rusiya 75 ölkəyə şokolad tədarük edib ki, əsas idxalçılar əsasən MDB ölkələri olub – Qazaxıstan, Özbəkistan, Belarus, Azərbaycan və Çin.
Un məhsullarının tədarükü 12,8% artaraq 146,6 min tona, şəkərli qənnadı məmulatları (zefir, marmelad və digərləri) 14,4% artaraq 51,3 min tona çatıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana 17,232 mln. dollar dəyərində 7 706,87 ton şokolad və ondan hazırlanan digər məmulatlar tədarük olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,1% və 15,9% çoxdur.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button