Cəmiyyət

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşünün vaxtı məlum olub

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüşün oktyabrın 13-də keçirilməsi planlaşdırılır.
“Report”un yerli bürosu xəbər verir ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək.
Məlumata görə, görüş patriarxın Danilov iqamətgahında təşkil ediləcək.
Oktyabrın 12-si Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirill ilə ikitərəfli görüşü baş tutacaq.
Qeyd edək ki, A.Paşazadə oktyabrın 11-də Rusiyaya səfərə gedib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button