İqtisadiyyat

Azərbaycan RRB-nin Operatorlar Şurasının iclasında iştirak edib

Regional Rabitə Birliyinin (RRB) 41-ci iclası daha geniş tərkibdə üzv dövlətlərdə fəaliyyət göstərən rabitə operatorlarının rəhbər şəxsləri və informasiya təhlükəsizliyi sahəsində çalışan ekspertlərin iştirakı ilə keçirilib.
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, mövcud pandemiya səbəbindən onlayn formatda baş tutan görüşdə Azərbaycanı “Aztelekom” MMC-nin baş direktoru vəzifəsini icra edən Samir Məmmədov təmsil edib.
İclasda pandemiya dövründə üzv dövlətlərdə rəqəmsal iqtisadiyyat proqramlarının həyata keçirilməsində operatorların fəaliyyət sahələri, qarşıya qoyulan vəzifələr və onların həllinin əsas prioritetləri müzakirə predmeti olub.
Eyni zamanda, rabitə sahəsində dələduzluğa qarşı birgə mübarizə üsulları, telekommunikasiya şəbəkələrində fırıldaqçılıq ilə məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı mövcud qanunvericilik aktları, habelə onların fəaliyyətində gəlir itkisinin hesablanması üçün müvafiq metodologiya mövzuları və digər məsələlər müzakirə edilib.
İclasda ötən ilin nəticələri qiymətləndirilib, Regional Rabitə Birliyinin Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının 42-ci iclasının yeri, vaxtı və gündəliyi barədə fikir mübadiləsi aparılıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button