İdman

Azərbaycan Qolf Federasiyasına yeni prezident seçilib

Azərbaycan Qolf Federasiyasının (AQF) ümumi yığıncağı keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra AQF rəhbərliyinə seçkilər keçirilib. Rauf Xəlilov federasiya prezidenti seçilib. Anar Əzimov federasiyanın vitse-prezidenti, Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov İdarə Heyətinin üzvləri olub.

Yeni federasiya prezidenti ona göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkür edib və bu idman növünün inkişafı üçün görüləcək işlər, qarşıdakı planlar barədə fikirlərini bildirib.

Qeyd edək ki, Rauf Xəlilov daha əvvəl Azərbaycan Dağ Xizəyi İdman Federasiyasının prezidenti vəzifəsində çalışıb. O həm də “Sabah” futbol klubunun Müşahidə Şurasının üzvüdür.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button