Azərbaycan qlobal innovasiya reytinqində mövqeyini iki pillə yaxşılaşdırıb

Dünyanın 132 ölkəsinin innovasiya sistemlərinin müqayisəli təhlilinin nəticələrini və onların innovativ inkişaf səviyyəsinə görə reytinqini əhatə edən “Global Innovation Index” (GII) 2021-ci il üzrə yeni hesabatı dərc olunub.
“APA-Economics”in hesabata istinadən verdiyi məlumata görə, 2020-ci ilin hesabatı ilə müqayisədə Azərbaycan 28,4 bəndlə iki pillə irəliləyərək 82-ci yerdən 80-ci yerə yüksəlib.
Azərbaycanın ayrı-ayrı göstəricilərinə gəldikdə, siyasi, tənzimləyici, biznes mühitini özündə birləşdirən institusional göstəricisi 65,5 bəndə bərabərdir və ölkə təkcə bu göstəriciyə görə 58-ci yerdədir. İnsan kapitalı və tədqiqat göstəricisi üzrə Azərbaycan 24,2 bəndlə 89-cu, infrastruktur göstəricisi üzrə 35,1 bəndlə 88-ci, bazarın inkişaf səviyyəsi üzrə 53,2 bəndlə 36-cı, biznesin inkişaf səviyyəsi üzrə 20,7 bəndlə 92-ci, bilik və texnologiyalarda nəticələri üzrə 10,5 bəndlə 115-ci və yaradıcı nəticələr göstəricisi üzrə 23,5 bəndlə dünyada 67-ci pillədə qərarlaşıb.
Siyahıda 132 ölkə yer alıb. Reytinqin autsayderləri Qvineya (16,7), Yəmən (15,4) və Anqola (15,0) olub.
“Global Innovation Index 2021”:
#
Ölkə
Göstərici, bənd
1
İsveçrə
65,5
2
İsveç
63,1
3
ABŞ
61,3
4
Böyük Britaniya
59,8
5
Cənubi Koreya
59,3
6
Niderland
58,6
7
Finlandiya
58,4
8
Sinqapur
57,8
9
Danimarka
57,3
10
Almaniya
57,3
11
Fransa
55
12
Çin
54,8
13
Yaponiya
54,5
14
Honkonq
53,7
15
İsrail
53,4
16
Kanada
53,1
17
İslandiya
51,8
18
Avstriya
50,9
19
İrlandiya
50,7
20
Norveç
50,4